» » » "Neftçi” və "Şkendiya”nın baş məşqçiləri mətbuat konfransı keçirəcək

"Neftçi” və "Şkendiya”nın baş məşqçiləri mətbuat konfransı keçirəcək

"Neftçi” və "Şkendiya”nın baş məşqçiləri mətbuat konfransı keçirəcək Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu öncəsi komandanın baş məşqçisi Vəli Qasımovun mətbuat konfransı təşkil olunacaq. Premyer.az bildirir ki, tədbir iyulun 13-də "Bakcell Arena”da keçiriləcək və saat 18:10-da başlanacaq. Konfransdan sonra, saat 18:30-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün "Bakcell Arena”da "Şkendiya” klubunun baş məşqçisinin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:40-da, məşq isə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu saat 20:00-da başlanacaq.
399     
Reklam

Reklam