» » » "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

"Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və artıq Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" yoxlama oyunu keçirəcək.
 
Premyer.az bildirir ki, komanda ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı olan "Zirə" ilə qarşılaşacaq. Oyun bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
 
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 12-si saat 21:00-da Lüksemburq təmsilçisi "F91 Düdelanj"la qarşılaşacaq.
251     
Reklam

Reklam