» » » "Zirə" 3 yoxlama oyunu keçirib, Türkiyəyə yollanacaq

"Zirə" 3 yoxlama oyunu keçirib, Türkiyəyə yollanacaq

İyunun 22-dən təlim-məşq toplanışına start verən "Zirə” hazırlığın ilk mərhələsində üç yoxlama oyunu keçirəcək.  Premyer.az bildirir ki, sabah ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”la üz-üzə gələcək komanda bundan sonra daha iki oyun keçirəcək.

Adil Şükürovun komandası iyulun 10-da Sumqayıtda şəhərin eyniadlı klubu ilə, 14-də isə ADBTİA-nın stadionunda AZAL-la qarşılaşacaq.

"Zirə” AZAL-la oyundan sonra Bakıdakı təlim-məşq toplanışını başa vuracaq. İyulun 16-da start götürəcək hazırlığın növbəti mərhələsi Türkiyədə keçiriləcək və ayın 30-dək davam edəcək. Toplanışda 3 yoxlama oyununun keçirilməsi planlaşdırılır.
422     
Reklam

Reklam