» » » Şəhriyar Rəhimov: "Tarix yaza bilmək şansımızın olduğunu düşünürük"

Şəhriyar Rəhimov: "Tarix yaza bilmək şansımızın olduğunu düşünürük"

Şəhriyar Rəhimov: "Tarix yaza bilmək şansımızın olduğunu düşünürük""Kəpəz” iyulun 7-də UEFA Avropa Liqasının I təsnifat mərhələsində səfərdə "Daçiya” ilə qarşılaşacaq. Premyer.az bildirir ki, Gəncə klubunun müdafiəçisi Şəhriyar Rəhimov qarşıdakı oyun haqda fikirlərini kapazpfc.az saytı ilə bölüşüb: "Məsuliyyəti dərk edir, tarix yaza bilmək şansımızın olduğunu düşünürük. 16 ildən sonra mərhələ adlamaq üçün əlimizə fürsət düşüb. Bacardığımızı edib Azərbaycanı layiqincə təmsil etməyə və Gəncə azarkeşlərini sevindirməyə çalışacağıq. İlk oyundakı nəticəyə baxmayaraq inamımız böyükdür. Elə azarkeşlər də bizə inanırlar. Çünki evdə bir neçə vəziyyətdə fərqlənmək imkanı yaxaladıq. İlk hissədə daha yaxşı oynadıq. Çatışmayan yalnız qol oldu. Bakıda vura bilmədiyimiz qolu səfərdə vurmağa səy göstərəcəyik”.
278     
Reklam

Reklam