» » » Koulmen: "Fransaya əylənməyə yox, yarışmağa gəlmişik"

Koulmen: "Fransaya əylənməyə yox, yarışmağa gəlmişik"

Koulmen: "Fransaya əylənməyə yox, yarışmağa gəlmişik""Çətin oyun olacağını, güclü komanda ilə qarşılaşacağımızı əvvəlcədən bilirdik. Bizim də yaxşı komandamız var. Bura əylənməyə yox, yarışmağa gəlmişik. Turnirdə mübarizəni davam etdirdiyimiz üçün xoşbəxtik. 0:1 hesabı ilə geridə olduğumuz oyunda həvəsdən düşmədik. Yarımfinala yüksəldiyimiz üçün qürur hissi keçiririk".
Premyer.az bildirir ki, bu sözləri Uels millisinin baş məşqçisi Kris Koulmen "Avro-2016"nın 1/4 finalında Belçikaya 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Heyətimizdə Beyl, Remzi kimi futbolçular var. Rəqibimiz kim olursa olsun, futbol oynamağı bilirik. Bu gün topla daha çox oynayan tərəf biz idik. Hesabda irəlidə olmağımıza baxmayaraq, hücumda oynamağa davam etdik" deyə o bildirib.
K.Koulmen yarımfinala kimi yüksəlməyin onlar üçün gözlənilməz olduğunu deyib:
"4 il bundan əvvəl bu turnirdə iştirak da etmirdik. İndi isə yarımfinaldayıq. Mənim çox səhvim olub. Ancaq uğursuzluqdan qorxmamışam. Çünki qorxmayacağın təqdirdə, daha çox uğur qazana bilərsən. Yarımfinala yüksəlmək arzumuz idi".
274     
Reklam

Reklam