» » » İspaniya millisinin futbolçusu İngiltərə klubunda

İspaniya millisinin futbolçusu İngiltərə klubunda

İspaniya millisinin futbolçusu İngiltərə klubundaİngiltərənin "Mançester Siti" klubu İspaniya milli komandasının futbolçusu Nolitonun transferini həll edib. Premyer.az bildirir ki, ötən mövsümü "Selta"da keçirən yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

İspaniya Avropa çempionatında mübarizəni dayandırdıqdan sonra Nolito Britaniyaya yollanaraq, müqaviləyə imza atıb. Bu transfer "Mançester Siti"yə 16,6 milyon avroya başa gəlib. Xatırladaq ki, Nolito "Seltaya" 2013-cü ildən "Benfika"dan 2,6 milyon avroya transfer olunmuşdu.

29 yaşlı futbolçu ötən mövsüm İspaniya La Liqasında "Selta"nın heyətində 29 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
249