» » » SON DƏQİQƏ: "Baltsan" - "Neftçi" oyunu da canlı yayımlanacaq

SON DƏQİQƏ: "Baltsan" - "Neftçi" oyunu da canlı yayımlanacaq

Bu gün UEFA Avropa Liqasında "Qəbələ” ilə yanaşı, "Neftçi” də ilk oyununu keçirəcək.  Premyer.az bildirir ki, bir neçə gün bundan öncə matçın Malta televiziyası ilə yayımlanmaması səbəbindən CBC Sport-un da bu qarşılaşmanı azarkeşlərə təqdim edə bilmədiyini məlumat vermişdik.  

CBC Sport saytına açıqlama verən CBC Sport-un baş direktoru Volkan Üst vəziyyətin dəyişdiyini bildirib: "Dünən bəlli oldu ki, "Baltsan” – "Neftçi”  oyunu yerli televiziya ilə yayımlanacaq. Hazırda Maltada olan "Neftçi"nin rəhbərliyi  danışıqlar apararaq,  bir növ bizə  kömək oldular.  Buna görə, "Neftçi” rəhbərliyinə təşəkkür edirəm.  Bildiyiniz kimi,  "Baltsan” – "Neftçi” qarşılaşması Bakı vaxrı ilə saat 20:00-da başlayacaq. "Qəbələ” – "Samtredia” görüşü isə saat 21:00-də start götürəcək. Bu səbəbdən də "Baltsan” – "Neftçi”  oyunu saat 20:00-dan etibarən CBC İnternational kanalı ilə canlı yayımlanacaq.  CBC İnternational televiziyasının rəhbərliyinə də təşəkkür edirəm ki, bələ məqamda bizə yardım etdilər.  Bir sözlə, "Neftçi” sevərlər  komandamızın səfər oyununu izləmək imkanı əldə edəcəklər. Bir daha "Neftçi” və "Qəbələ”yə bu günkü oyunlarda uğurlar arzu edirəm”. 
567     
Reklam

Reklam