
UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu axşam ilk matçına çıxacaq
"Kəpəz” komandasının start heyəti açıqlanıb. Premyer.az bildirir ki, Moldova təmsilçisi
"Daçiya" ilə qarşılaşacaq Gəncə klubunun baş məşqçisi Şahin Diniyev
oyundan öncə keçirdiyi mətbuat konfransında ilk 11-likdə başlayacaq
oyunçuların adlarını elan edib.
"Kəpəz" matça bu heyətlə başlayacaqlar:
Qapıçı: Tadas Simaitis.
Müdafiəçilər: Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Renan da Silva, Tural Axundov.
Yarımmüdafiəçilər: Kərim Diniyev, Vüqar Bəybalayev, Serjinyo, Dario, Nicat Qurbanov.
Hücumçu: Julian Ebah.