» » » Əfsanəvi futbolçudan Messiyə dəstək

Əfsanəvi futbolçudan Messiyə dəstək

Əfsanəvi futbolçudan Messiyə dəstəkArgentina futbolunun əfsanəsi Dieqo Maradona yığma komandanın kapitanı Lionel Messiyə çağırış edib. Premyer.az bildirir ki, o, futbolçunu milli komandada karyerasını bitirmək qərarından imtina etməyə çağırıb.  Maradona fikrini belə izah edib: "Messi yığma komandada qalmalıdır. O, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməli və dünya çempionu olmalıdır”.

Onun fikrincə, Leo ona millidən getməyi məsləhət görənlərə yox, qalıb komandanı irəli aparmağa kömək edən tərəfdaşlara etibar etməlidir:
"Messiyə getmək lazım olduğunu deyənlər elə edirlər ki, biz Argentina futbolunun hansı vəziyyətə düşdüyünü anlamayaq. Mən çox üzgünəm.  Messinin belə vəziyyətdə olması məni əsəbləşdirir".
205