» » » ŞOK! Messi Argentina millisindən getdi!

ŞOK! Messi Argentina millisindən getdi!

Argentina millisinin və "Barselona”nın futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub.

Premyer.az bildirir ki, 29 yaşlı hücumçu Amerika kubokunun finalında Çiliyə uduzduqları oyundan sonra bu addımı atıb.

Kapitan fikrini belə izah edib: "Qərarımı çoxdan vermişəm. Bu oyun çox önəmli idi. Üçüncü dəfədir ki, finalda uduzuruq. Çox çalışırıq, amma alınmır. Bu, millidə son oyunum idi. Milli komandada oynamaq daha mənlik deyil”.

Qeyd edək ki, Argentina final oyununda Çiliyə penaltilər seriyasında uduzub. Zərbələrdən birini Messi qola çevirə bilməyib.

259