» » » "Qəbələ" Gürcüstan kubokunun finalçısına 4 cavabsız qol vurdu

"Qəbələ" Gürcüstan kubokunun finalçısına 4 cavabsız qol vurdu

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan "Qəbələ” hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirib.
 
Premyer.az xəbər verir ki, 4 gün öncə "Dila”nı 2:0 hesabı ilə məğlub edən "qırmızı-qaralar” Bolnisinin "Sioni” klubu ilə üz-üzə gəlib. Gürcüstan kubokunun finalçısı ilə qarşılaşmada Roman Qriqorçuk aşağıdakı heyətə şans verib: Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov, Vitali Vernidub (Sadiq Quliyev), Vojislav Stankoviç (Murad Musayev), Rəşad Sadiqov (Roman Hüseynov), Nika Kvekveskiri (Qismət Alıyev), Asif Məmmədov (Tellur Mütəllimov), Filip Ozobiç, Sergey Zenyov (Ehtiram Şahverdiyev), Teo Uiks.
"Qırmızı-qaralar” Gürcüstandakı ilk matçda olduğu kimi bu qarşılaşmada da qalib gəlib. Oyuna fəal başlayan "Qəbələ” matçın taleyini ilk 15 dəqiqədə həll edib. Komandamızın ilk yarıdakı hər iki qoluna yeni transferlər imza atıb. Görüşün 6-cı dəqiqəsində xorvatiyalı Filip Ozobiç Bolnisi təmsilçisinin qapısına yol tapıb. 9 dəqiqə sonra isə liberiyalı Teo Uiks fərqlənib – 2:0. Fasilədən sonra "Qəbələ” daha 2 dəfə fərqlənə bilib. Əvvəl RƏşad Sadiqov penaltini dəqiq yerinə yetirib, ardınca Ehtiram Şahverdiyev matçda son nöqtəni qoyub - 0:4.
Xatırladaq ki, "Qəbələ” təlim-məşq toplanışında sonuncu oyununu iyunun 26-da keçirəcək. Qriqorçukun yetirmələri bu dəfə də "Sioni” ilə görüşəcək.
 
"Sioni” - "Qəbələ” – 0:4
Filip Ozobiç, 6, Teo Uiks, 15, Rəşad Sadiqov, 65-p., Ehtiram Şahverdiyev, 74
359     
Reklam

Reklam