» » » Messi daha bir rekorda imza atıb

Messi daha bir rekorda imza atıb

Messi daha bir rekorda imza atıbArgentina millisinin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

Premyer.az bildirir ki, 28 yaşlı futbolçu buna Amerika kubokunun yarımfinalında ABŞ-la keçirilən oyunda (4:0) nail olub.

32-ci dəqiqədə fərqlənən Messi yığmadakı qolların sayını 55-ə çatdırıb. Bununla da, Messi Argentina millisinin ən çox qol vuran futbolçusu adını qazanıb. O, yığmanın sabiq üzvü Qabriel Batistutanı geridə qoyub.

Qeyd edək ki, Messiyə qədər Batistuta 54 qolla Argentina millisinin ən məhsuldar futbolçusu idi.
211