» » » Elcan Rəhimov: “Əsas heyətə düşmək mənim üçün gözlənilməz oldu"

Elcan Rəhimov: “Əsas heyətə düşmək mənim üçün gözlənilməz oldu"

"Kəpəz”in Türkiyə toplanışı dünən sona çatıb. Premyer.az bildirir ki, komanda 10 gün ərzində Ərzurumda Avropa Liqasına hazırlığın ilk mərhələsində iştirak edib.
 
"Sarı-göylər”in məşq prosesində əvəzedici heyətdən əsas komandaya cəlb olunan Elcan Rəhimov da vardı. kapazpfc.az saytı gənc futbolçunun Türkiyə toplanışı haqda fikirlərini öyrənib.   
 
 
Elcan Rəhimov: "Komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanmağım mənim üçün gözlənilməz oldu. Əvəzedici heyətdə bəzi oyunlarda yaxşı çıxış etmişdim. Ümid vardı ki, məni də əsas komandaya çağırarlar. Ötən mövsümün sonunda "Qəbələ” ilə ev oyununda "18-liy”ə düşməyim sürpriz olmuşdu. Ondan sonra yenidən əsas komandaya dəvət almağım sevindirici oldu. Toplanışda verilən bütün tapşırıqları səylə yerinə yetirməyə çalışdım. Əsas komandada yerimi möhkəmləndirmək üçün səylərimi davam etdirəcəyəm”. 

424     
Reklam

Reklam