» » » Fərid Məmmədov: "Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdır"

Fərid Məmmədov: "Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdır"

"Kəpəz”in Türkiyə toplanışı dünən sona çatıb. Premyer.az xəbər verir ki, komanda 10 gün ərzində Ərzurumda Avropa Liqasına hazırlığın ilk mərhələsində iştirak edib.
 
"Sarı-göylər”in məşq prosesində əvəzedici heyətdən əsas komandaya cəlb olunan Fərid Məmmədov da vardı. kapazpfc.az saytı futbolçunun Türkiyə toplanışı haqda fikirlərini öyrənib.   
 
 
Fərid Məmmədov: "Əsas komandaya dəvət aldığım üçün sevinirəm. Hər bir gəncəli futbolçunun arzusu "Kəpəz”də oynamaqdır. Ərzurumda özümü ən yaxşı tərəfdən məşqçilərə göstərməyə çalışdım. Hələ çox gəncəm, bununla belə istəkliyəm, oynamağa həvəsim var. Əlimdən nə gəlirsə, ondan artığını da etməyə hazıram. Baş məşqçimiz Şahin Diniyev gənclərə şans verən məşqçidir. Mənə bəslənən etimadları doğrultmağa çalışacağam. Bu mənada Türkiyə toplanışı yaxşı bir fürsət oldu”.
432     
Reklam

Reklam