» » » Zlatan İbrahimoviç millidəki karyerasını başa vurur

Zlatan İbrahimoviç millidəki karyerasını başa vurur

Zlatan İbrahimoviç millidəki karyerasını başa vururİsveç milli komandasının lideri Zlatan İbrahimoviç Avropa çempionatından sonra yığmadakı karyerasını bitirəcəyini açıqlayıb. Premyer.az bildirir ki, Belçika ilə iyunun 22-də keçiriləcək qrup mərhələsinin oyunu hücumçunun millidə son matçı ola bilər.

34 yaşlı forvard İsveç seçməsində 2001-ci il yanvarın 31-də Farer adaları ilə yoldaşlıq oyununda debüt edib. İbrahimoviç yığmada 115 oyunda 62 qol vurub.

Xatırladaq ki, İsveç E qrupunda 1 xalla 3-cü yeri tutur.
303     
Reklam

Reklam