» » » U-17 bu gün Xorvatiya ilə qarşılaşır

U-17 bu gün Xorvatiya ilə qarşılaşır

U-17 bu gün Xorvatiya ilə qarşılaşırMakedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində  17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. 

Premyer.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 13.00-da Xorvatiya komandasına qarşı qarşılaşacaq.
 
Qeyd edək ki, ilk oyunda qızlarımız makedoniyalı həmyaşıdları ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəlib.
 
192