» » » SON DƏQİQƏ! Rusiya millisinin baş məşqçisi istefaya göndərilir

SON DƏQİQƏ! Rusiya millisinin baş məşqçisi istefaya göndərilir

SON DƏQİQƏ! Rusiya millisinin baş məşqçisi istefaya göndərilirRusiya milli komandasının Avropa çempionatında göstərdiyi nəticədən asılı olmayaraq, baş məşqçi Leonid Slutski istefaya göndəriləcək. Premyer.az xəbər verir ki, artıq Rusiya Futbol İttifaqı yeni məşqçi axtarışlarına da başlayıb.

ÇSKA-nın baş məşqçisi Slutski ötən ilin avqustunda klubdakı işini saxlamaq şərti ilə yığmaya da gətirildi. O, millinin baş məşqçi postunda Fabio Kapellonu əvəzlədi.

Slutski Rusiyanı Avro-2016-nın final mərhələsinə çıxara bildi. Qeyd edək ki, Rusiya seçməsi ilk oyunda İngiltərə ilə 1:1 hesabı ilə heç-heçə etsə də,  ikinci matçda Slovakiyaya 1:2 hesabıyla uduzdu.
398     
Reklam

Reklam