» » » SON DƏQİQƏ! "Sumqayıt" yeni qolkiperlə müqavilə imzaladı

SON DƏQİQƏ! "Sumqayıt" yeni qolkiperlə müqavilə imzaladı

SON DƏQİQƏ! "Sumqayıt" yeni qolkiperlə müqavilə imzaladı"Sumqayıt" futbol klubu yeni sezon öncəsi heyətini gücləndirməkdə davam edir.
Premyer.az xəbər verir ki, "kimyaçılar" komandalarını yeni qolkiperlə gücləndiriblər. Bu - "Qəbələ" futbol akademiyasının yetirməsi, son sezonu Birinci Divizionun qalibi "Neftçala"nın heyətində keçirmiş - Əli Həsənlidir. Əldə etdiyimiz məlumata əsasən, futbolçu ilə iki illik müqavilə imzalanıb. Qeyd edək ki, "Ağsu" klubunda da forma geyinmiş 20 yaşlı qolkiper, U-15, U-17 və U-19  yığmalarının da şərəfini qoruyub.
 
Foto: Rauf İskəndərov /Premyer.az
611     
Reklam

Reklam