» » » AVRO-2016: Türkiyə ilk oyunda məğlub oldu

AVRO-2016: Türkiyə ilk oyunda məğlub oldu

AVRO-2016: Türkiyə ilk oyunda məğlub olduBu gün Avropa çempionatında ilk oyun geridə qalıb. Premyer.az xəbər verir ki D qrupunda mübarizə aparan Türkiyə millisi Xorvatiya ilə qarşılaşıb.

Fatih Terimin komandası oyuna yaxşı başlayıb. 1-ci hissədə Türkiyə futbolçuları topa daha çox nəzarət ediblər. Ancaq 41-ci dəqiqədə Xorvatiya seçməsi hesabı açıb. Luka Modriç topu saxlamadan uzaq məsafədən qapıya göndərib. Qapıçı Volkan Babacan topu görmədiyindən zərbəyə bir qədər gec reaksiya verib. Birinci hissə Xorvatiya komandasının 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Fatih Terim fasilədən sonra  Əmrə Mor, Volkan Şən və Burak Yılmazı meydana buraxsa da, oyunun gedişini dəyişmək mümkün olmayıb. Əksinə, 2-ci hissədə üstünlük Xorvatiya yığmasının tərəfində olub. Volkan Babacan bir neçə dəfə komandasını qoldan xilas edib.

Oyun Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
387     
Reklam

Reklam