» » » “Qəbələ”nin məşqçilər korpusunda bir sıra dəyişikliklər edilib

“Qəbələ”nin məşqçilər korpusunda bir sıra dəyişikliklər edilib

"Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
 
Premyer.az bildirir ki, ötən mövsüm Azərbaycan çempionu tituluna yiyələnən əvəzedicilərin baş məşqçisi olan Ramin Quliyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək.
 
Əvəzedicilərədək akademiyanın aşağı yaş qruplarından olan komandalarında da çalışmış 35 yaşlı mütəxəssis "qırmızı-qaralar”ın məşqçisi təyin olunub.
 
 
Bunadək Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda yer alan Mixaylo Savka və Stepan Matveyevin "Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2015-ci ilin yanvarından klubda çalışan ukraynalı məşqçilər ailə vəziyyəti ilə əlaqədar əsas komandadan ayrılıblar.

393     
Reklam

Reklam