» » » UEFA Avro-2016-dan 2 milyard gəlir götürəcək

UEFA Avro-2016-dan 2 milyard gəlir götürəcək

UEFA Avro-2016-dan 2 milyard gəlir götürəcəkAvro-2016 UEFA bayrağı altında keçirilən ən çox gəlir gətirən yarış olacaq. Premyer.az bildirir ki, Avropa futbol qurumunun gəlirinin 2 milyard avro olacağı gözlənilir.

UEFA 4 il öncə təşkil olunan Avropa çempionatı zamanı 1,4 milyard qazanmışdı. Gəlirin artmasının əsas səbəbi komandaların sayının 16-dan 24-ə yüksəlməsidir. Televiziya yayımından gələn məbləğ 1,05 milyard olacaq ki, bu da ötən turnirlə müqayisədə 25 faiz çoxdur. Sponsor ödənişləri də 40 faiz artaraq, 450 milyon avro təşkil edir. Digər gəlirlər isə bilet satışından əldə olunacaq.

Qeyd edək ki, Copa America-nın yayım hüququ cəmi 112 milyon dollara satılıb. Avro-2016-nın final matçını televiziya vasitəsi ilə 300 milyon adamın izləməsi gözlənilir.
341     
Reklam

Reklam