» » » "Zirə" Türkiyədə 3 oyun keçirəcək

"Zirə" Türkiyədə 3 oyun keçirəcək

"Zirə" Türkiyədə 3 oyun keçirəcək"Zirə”nin yeni mövsümə hazırlıq planı məlum olub. Premyer.az bildirir ki, "Qartallar” iyunun 20-də bir araya gələcək. Əvvəlcə komanda üzvləri, 2 gün müddətində tibbi müayinədən keçəcəklər. Məşqlərə isə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürov hazırlığın ilk mərhələsini Bakıda keçirəcək. "Qartallar” iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə "Zirə” iki yoxlama oyununda da qüvvəsini sınayacaq.
İyulun 16-da "Zirə” təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komandamız Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.
 
334     
Reklam

Reklam