Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya
toplanışında ilk rəqibi məlum olub.
Premyer.az xəbər verir ki, Qurban Qurbanovun komandası iyunun
25-də İnsburqun "Vakker" komandası ilə qarşılaşacaq. "Vakker" klubu
Avstriya II liqasında son mövsümü 3-cü yerdə tamamlayıb.
Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı çərçivəsində daha iki komanda ilə yoxlama oyunu nəzərdə tutulub.