» » » "Yay Futbol Düşərgəsi" layihəsi keçiriləcək

"Yay Futbol Düşərgəsi" layihəsi keçiriləcək

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsi keçiriləcək.
 
Premyer.az bildirir ki, layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin yaxşı təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği və futbolun kütləviliyinin artırmaqdır.

Qeyd edək ki, 16 iyun tarixində start götürəcək layihə 9 gün müddətində 3 qrup üzrə davam edəcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 48 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.

Xatırladaq ki, "Sumqayıt" FK məhz "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə ötən il də "Yay Futbol Düşərgəsi" layihəsi keçirmişdi.
215