» » » "Zirə" ilk transferini gerçəkləşdirdi

"Zirə" ilk transferini gerçəkləşdirdi

"Zirə”də heyətlə bağlı çalışmalar davam edir.
 
Premyer.az bildirir ki, komanda ilk transferini reallaşdırıb. Təcrübəli müdafiəçi Tural Cəlilov "qartalllar”ın sırasına qoşulub.
 
Futbolçu ilə bir illik müqaviləyə imza atılıb.
 
 
Tural Cəlilov ötən mövsüm "Xəzər Lənkəran” klubunun şərəfini qoruyub. Peşəkar karyerasına "Ədliyyə”də başlayan Tural "Gənclərbirliyi”, "Simurq” və "Rəvan”da da çıxış edib.
 
Cəlilov Azərbaycan yığmasının da formasını geyinib.
440     
Reklam

Reklam