» » » AFFA-nın növbəti rüsvayçılığı: Premyer Liqada cəmi 8 komanda

AFFA-nın növbəti rüsvayçılığı: Premyer Liqada cəmi 8 komanda

Xəbər verdiyimiz kimi, 2016-cı il mayın 16-da 2016-2017-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb.
Premyer.az xəbər verir ki, iclas zamanı 8 klubla bağlı (AZAL PFK, İnter PİK, Kəpəz PFK, Qarabağ FK, Qəbələ İK, Neftci PFK, Sumqayıt FK və Zirə PFK) ilə bağlı müvafiq qərarlar açıqlanıb. Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədləri tam olaraq təmin etmək üçün əlavə 14 gün vaxt verilib.
Beləliklə, çatışmazlıqları aradan qaldırmaq üçün verilmiş müddət bu gün başa çatıb və lisenziya üçün müraciət etmiş klublardan heç biri sənədləri tam şəkildə təqdim etməyib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.
253