» » » Adil Remi Fransa millisində Varanı əvəz etdi

Adil Remi Fransa millisində Varanı əvəz etdi

Adil Remi Fransa millisində Varanı əvəz etdiFransa millisi ciddi itki ilə üzləşib.
Premyer.az bildirir ki, Fransa Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, yığmanın üzvü Rafael Varan "Avro-2016"dan kənarda qalacaq.
Buna 23 yaşlı futbolçunun zədələnməsi səbəb olub. Məşq zamanı zədə alan fransalı futbolçunun bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən Varan Çempionlar Liqasının final oyununu buraxmaqla ilə yanaşı, "Avro-2016"da da yığmasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Varanı Fransa millisində "Sevilya"nın müdafiəçisi Adil Remi əvəzləyəcək.
276     
Reklam

Reklam