» » » "Mançester Yunayted" Lui van Qalla müqaviləni ləğv etdi

"Mançester Yunayted" Lui van Qalla müqaviləni ləğv etdi

"Mançester" təmsilçisi 64 yaşlı mütəxəssislə müqaviləni ləğv edib.
Premyer.az bildirir ki, bu səbəbdən "qırmızı şeytanlar"ın hollandiyalı mütəxəssisə 6,5 milyon avro təzminat ödəyəcəyi bildirilir. Van Qalı "Çelsi"nin sabiq çalışdırıcısı Joze Mourinyonun əvəzləyəcəyi gözlənilir.
Britaniya mətbuatının yazdığına görə, Mourinyo "Mançster Yunayted"lə 5 illik müqavilə imzalayacaq və portuqaliyalı mütəxəsiss yeni komandasında ilinə 15 milyon avro qazanacaq.
Qeyd edək ki, 2014-cü ildə "Mançester Yunayted"lə 3 illik müqavilə imzalayan van Qalın komandası ötən mövsüm Premyer Liqada 5-ci olsa da, Federasiya kubokunu qazanıb. Onun komandadan göndərilməsi ilə bağlı xəbərin rəsmən açıqlanacağı gözlənilir.

245     
Reklam

Reklam