» » » Fransada stadionda ibadət edən müsəlman futbolculara cǝza verildi

Fransada stadionda ibadət edən müsəlman futbolculara cǝza verildi

Fransanın Aralıq dənizi sahilindəki "Fransız Rivierası" olaraq adlandırılan bölgənin futbol sǝlahiyyǝtlilǝri tǝrǝfindǝn tǝtbiq edilǝn "dünyəvilik nizamnaməsi"nə  riayǝt  edilmǝyǝrǝk stadionda ibadət edǝn futbolculara cǝza verilib.

Premyer.az bildirir ki, BFMTV kanalının xəbərinə görə bölgədə "dünyəvilik nizamnaməsi” noyabr ayından bəri 10 dəfə pozulub. Bu pozuntuya görǝ bəzi futbolçular iki matçda oynamaqdan mǝhrum ediliblǝr.
Daha əvvəl nazir olan Nice Bələdiyyə Başçısı Christian Estrosi, nizamnamənin ictimai sahələrindəki dünyəvilik qanununun nǝzǝrǝ alınaraq hazırlandığını ifadǝ edǝrǝk, buna zidd hǝrǝkǝt sǝrgilǝyǝn və futbol sahǝlǝrindǝ ibadət edən Müsəlman futbolçuların cezalandırılabileceğini, komandalarına dövlət köməyinin dayandırılacağını bildirib.
Fransa Futbol Federasiyasının Riviera Bölgə Başçısı Eric Borghini isə "Oyunçular soyunma otaqlarında və ya futbol sahələrində ibadət edir. Buna reaksiya vermək məcburiyyətindəyik, çünki bu Fransa Respublikasının dünyəvilik qanunu ilǝ uygunlaşmır” deyib.
Dünyanın ən məşhur və universal idmanı futbolun, din və siyasǝtǝ qarışdırılmamasının lazım gǝldiyini ifadǝ edǝn Borghini, " Kimsənin ibadǝt etmǝsinǝ maneǝ  törǝtmǝk fikrimiz yoxdur. Ancaq bunun uygun yerdǝ  reallaşmasını  istǝyirik. Stadionlarda ibadət etmǝk, radikalizmǝ səbəb olar” deyǝ vurğulayıb.

316     
Reklam

Reklam