» » » Avroliqada qələbə "Sevilya"ya 21,5 milyon avro qazandırdı

Avroliqada qələbə "Sevilya"ya 21,5 milyon avro qazandırdı

Avroliqada qələbə "Sevilya"ya 21,5 milyon avro qazandırdı"Sevilya"nın Avroliqada qələbəsi klub büdcəsini 21,5 milyon zənginləşdirəcək. Premyer.az xəbər verir ki, final oyunundakı qələbəyə görə "Sevilya" 6,5 milyon avro alacaq.
Bundan sonra ispan klubu Avropa superkuboku oyununda iştirak hüququ əldə edib. Həmin qarşılaşmaya görə isə daha 3 milyon düşür.
Növbəti mövsümdə isə Avroliqanın qalibi kimi "Sevilya" Çempionlar liqasının qrup mərhələsində çıxış edəcək. Qrupdakı 6 oyun isə 12 milyon avro deməkdir.
Qeyd edək ki,  Avropa Liqasının final matçında İngiltәrәnin ‘‘Liverpul’’  ilә İspaniyanın ‘‘Sevilya’’ komandaları qarşılaşıb. ‘‘Liverpul’’u  3-1 hesabı ilә mәğlub edәn ‘‘Sevilya’’ çempion olub.
285     
Reklam

Reklam