» » » ŞOK! İspaniya Peşəkar Futbol Liqasından qeyri-adi qərar

ŞOK! İspaniya Peşəkar Futbol Liqasından qeyri-adi qərar

İspaniya Peşəkar Futbol Liqası gələn mövsümdən etibarən La Liqa klublarına qarşı yeni cəza növü tətbiq edəcək.
 
Premyer.az bildirir ki, bu hadisə translyasiya zamanı kadra boş tribuna düşəcəyi halda baş verəcək.
Yeni qaydalara əsasən ev sahibi klubu televiziya kadrına düşən tribunaları doldurmalıdır. Belə bir qaydanın tətbiq edilməsində məqsəd televiziya yayım gözəlliyini artırmaqdır.
Bu addım liqanın teleyayımının yüksəldilməsi üçün ilk addımlardan biridir. Hazırda LFP La Liqanın yayım keyfiyyətinin İPL-in yayım keyfiyyəti ilə rəqabət apara bilməsi üçün çalışır.
Xatırladaq ki, ötən il qəbul edilən qaydalara görə gələn mövsümdən etibarən yayım ümumi paket şəklində satılacaq.

360     
Reklam

Reklam