» » » "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləriÖlkəmizi Çempionlar Liqasında təmsil edəcək  "Qarabağ"ın  turnirdəki bir çox potensial rəqibi artıq məlumdur. Premyer.az xəbər verir ki, təmsilçimiz ÇL-də mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Ağdam klubu püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. "Qarabağ"ın rəqibi isə "səpələnməmişlər" səbətindəki nisbətən zəif komandalardan biri olacaq.
"Qarabağ"ın isə hələlik məlum olan potensial rəqibləri bunlardır:  "Olimpiya" (Sloveniya), "Vardar" (Makedoniya), "Norçöpinq" (İsveç), "Ferentsfaroş" (Macarıstan), "Kruzeyders" (Şimali İrlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Dandolk" (İrlandiya), "Mladost" (Çernoqoriya), "Helsinki" (Finlandiya), "Liepaya" (Latviya), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Skenderbeu" (Albaniya)
 I təsnifat mərhələsinin qalibləri də "Qarabağ"ın potensial rəqibi ola bilər. İlkin mərhələdə mübarizə aparacaq kollektivlər isə bunlardır: B-36 (Farer adaları), "Valletta" (Malta), "Linkoln" (Cəbəllütariq), "Nyu Seynts" (Uels), "Santa Koloma" (Andorra), "Flora" (Estoniya). Bu mərhələdə San-Marino və Ermənistan çempionları da mübarizə aparacaq.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Matçlar isə iyulun 12-13-də və 19-20-də keçiriləcək.
536     
Reklam

Reklam