» » » Azərbaycan Kubokunun finalının biletləri hazırlandı

Azərbaycan Kubokunun finalının biletləri hazırlandı

Azərbaycan Kubokunun finalının biletləri hazırlandıAzərbaycan Kubokunun finalının biletləri Peşəkar Futbol Liqası tərəfindən hazırlanaraq, "Qarabağ” və "Neftçi” klublarına təhvil verilib. Premyer.az bildirir ki, oyun zamanı 1-13-cü sektorlar "Qarabağ”, 16-28-ci sektorlar isə "Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu "Qarabağ” və "Neftçi” komandalarının .iştirakı ilə 25 mayda rellaşacaq. 
148