» » » İntizam Komitəsinin iclası keçirildi

İntizam Komitəsinin iclası keçirildi

İntizam Komitəsinin iclası keçirildi Premyer.az AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul etdiyi qərarları diqqətinizə çatdırır.
Topaz Premyer Liqasının XXXIV turunun AZAL – "Zirə” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
Topaz Premyer Liqasının XXXIV turunun "Kəpəz” – "Neftçi” matçının 90-cı dəqiqəsində "Kəpəz” klubunun 3 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 49, 80, və 90-cı dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXXIV turunun "Qarabağ” – "Qəbələ” matçında "Qəbələ” klubunun 2 №-li futbolçusu Sahil Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXIV turunun "Kəpəz” – "Neftçi” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
Əvəzedici heyətlərin XXXIV turunun "Sumqayıt” – "Rəvan” matçında "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
Topaz Premyer Liqasının XXXV turunun "Neftçi” – "İnter” matçının 73-cü dəqiqəsində "Neftçi” klubnun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXXV turunun "Zirə” – "Kəpəz” matçında "Zirə” klubunun 6  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
Topaz Premyer Liqasının XXXV turunun "Rəvan” – "Qarabağ” matçında "Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
Oyunun 25-ci dəqiqəsində "Qarabağ” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXV turunun "Xəzər Lənkəran” – "Sumqayıt” matçında "Xəzər Lənkəran” və "Sumqayıt” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur  (maddə 40).
Oyunun 34-cü dəqiqəsində "Sumqayıt” klubunun 23 №-li futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
I Divizionun XXVI turunun "Şərurspor” – "Bakı” matçında "Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
Oyunun 84-cü dəqiqəsində "Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XXVI turunun "Bakılı” – "Göyəzən” matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
I Divizionun XXVI turunun "Turan Tovuz” – "Şəmkir” matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
I Divizionun XXVI turunun "Zaqatala” – "Ağsu” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
- See more at: http://www.pfl.az/news/5707#sthash.yrEgfQB9.dpuf
243