» » » İngiltərə millisinin Avro-2016 üçün heyəti açıqlandı

İngiltərə millisinin Avro-2016 üçün heyəti açıqlandı

İngiltərə millisinin Avro-2016 üçün heyəti açıqlandı İngiltərə millisinin "Avro-2016"nın final mərhələsi üçün genişləndirilmiş heyəti açıqlanıb. Premyer.az xəbər verir ki, baş məşqçi Roy Hocson ən çox "Liverpul” və "Tottenhem”in oyunçularına güvənib. Belə ki, "qırmızılar”ın və paytaxt klubunun 5 üzvü ilkin siyahıya salınıb. "Mançester Yunayted”in gənc hücumçusu Markus Reşford da dəvətlilər arasındadı.
 Qapıçılar: Freyzer Forster ("Sauthempton"), Co Hart ("Mançester Siti"), Tom Xiton ("Bernli");
Müdafiəçilər: Rayan Bertran ("Sauthempton"), Qeri Keyhill ("Çelsi"), Nataniel Klyayn ("Liverpul"), Danni Rouz ("Tottenhem"), Kris Smollinq ("Mançester Yunayted"), Con Stouns ("Everton"), Kayl Uoker ("Tottenhem");
Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi - "Tottenhem"), Ross Barkli ("Everton"), Fabian Delf, Rahim Sterlinq (hər ikisi - "Mançester Siti"), Deniel Drinkuoter ("Lester"), Cordan Xenderson, Adam Lallana, Ceyms Milner (hamısı - "Liverpul"), Endros Taunsend ("Nyukasl"), Cek Uilşer ("Arsenal");
Hücumçular: Harri Keyn ("Tottenhem"), Markus Reşford, Ueyn Runi (hər ikisi - "Mançester Yunayted"), Deniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").
Qeyd edək ki, Avropa çempionatı 10 iyun – 10 iyul tarixlərində Fransada keçiriləcək.
300     
Reklam

Reklam