» » » "Zirə" Premyer Liqanın gümüş medallarını təmin etdi

"Zirə" Premyer Liqanın gümüş medallarını təmin etdi

Topaz Premyer Liqasının XXXV turundan sonra gümüş mükafatçının adına aydınlıq gəlib.
 
Premyer.az bildirir ki, öz meydanında "Kəpəz”lə heç-heçə (2:2) edən "Zirə” son tur ərəfəsində 2-ci yeri təmin edib. Buna səbəb paytaxt təmsilçisinin ən yaxın izləyicisi ilə xal fərqini 6-ya çatdırmasıdır.
 
Xal hesabı 62-yə çatan zirəlilər hərəyə 56 xal toplayan "İnter”, "Kəpəz” və "Qəbələ” üçün əlçatmaz olub. Sonuncu 3 komanda XXXVI turda bürünc medalların taleyinə aydınlıq gətirəcəksə, Premyer Liqada ilk mövsümünü keçirən "Zirə” debütünü gümüş mükafatla qeyd edib.
 
Bu, Adil Şükürovun baş məşqçisi olduğu komandanın tarixində ilk medaldır.
227     
Reklam

Reklam