» » » Denis Suares "Barselona"ya keçməyə yaxındır

Denis Suares "Barselona"ya keçməyə yaxındır

"Vilyareal" klubunun futbolçusu Denis Suares "Barselona"ya keçməyə yaxındır.
 
Premyer.az xəbər verir ki, klublar 22 yaşlı yarımmüdafiəçinin transferinin son detallarını da razılaşdırıblar. Bu barədə Kataloniya mətbuatı məlumat verib.
 
Əgər Suares İspaniya millisinə dəvət edilməsə "Barselona"ya yollanaraq müqavilənin son şərtlərini müzakirə edəcək.
 
Razılaşmaya görə qarşıdakı iki il ərzində "Barselona" Suaresi satarsa, "Vilyareal"a müəyyən qədər faiz ödəyəcək.
329     
Reklam

Reklam