» » » MOİK azarkeşlərə müraciət etdi

MOİK azarkeşlərə müraciət etdi

MOİK azarkeşlərə müraciət etdiYeniləşmiş MOİK hamıdan öndə!!!
 
MOİK klubu sosial şəbəkədə azarkeşlərinə müraciət edib. Premyer.az  müraciəti olduğu kimi diqqətinizə çatdırır:
 
 
 
Futbol üzrə Azərbaycan I Divizionunda 2015/16 mövsümü başa çatdı. MOİK bu yarışmada 47 xalla 4-cü yeri tutdu. 3-cü olan "Ağsu" ilə xallar bərabər olsa da, şəxsi görüşlərdəki üstünlük sayəsində rəqib bürünc medallara sahib çıxdı. Amma MOİK-in düzgün yolda olduğunu əminliklə deyə bilərik. Bunu faktlarla sübut edək...

Komandamız mövsümə uğursuz başlamışdı, ilk 11 tura cəmi 12 xal qazanılmışdı, 10-cu pillədə idik və belədə rəhbərliyin dəyişiklik siyasəti labüd idi. Vitse-prezident postuna Ramil Əliyevi, baş məşqçi postuna isə vaxtikən onunla "Rəvan"da premyer liqa təcrübəsi yaşamış Müşviq Qəmbərov gətirildi. Məhz M.Qəmbərovun gəlişindən sonra "hərbçilər"ə hərbi nizam-intizam gəldi. Qələbələr sıralandı, xallar aktivə yazıldı. Nəticədə sonda 47 xal yığıldı. Deməli, 15 oyuna 35 xal qazanılıb. Müqayisə aparsaq, divizionun çempionu "Neftçala" bu dövrdə 32 xal toplayıb. Başqa sözlə, yenilənmiş MOİK bu müddətdə hamıdan öndədir.

Sırf ikinci dövrəyə də nəzər salsaq, yenə MOİK hamıdan yaxşı çıxış edib. Son 13 oyunda komandamız 29 xal yığıb ki, bu, yenə də çempion "Neftçala"nın göstəricisindən (28 xal) üstündür.

Bu uğurlu çıxış vurulan qolların sayının artmasına da səbəb oldu. Təkcə bir məqamı qeyd edək ki, MOİK M.Qəmbərovun gəlişindən sonra komandamız rəqib qapısına 41 qol vurub. Çempionatın və bizim bombardirimiz Röyal Nəcəfov da 24 topunun 18-ni 12-ci turdan etibarən vurub. Hələ 2 oyunda cəza səbəbindəb oynamamaqla...

Göründüyü kimi, MOİK-in artımı göz önündədir. Odur ki, artıq yeni mövsümdə komandamızdan qızıl medallar uğrunda yarışmağı və Premyer Liqaya vəsiqə qazanmağı gözləyirik.
342     
Reklam

Reklam