» » » “Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir

"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir.
 
Premyer.az bildirir ki, seçimlər Qəbələ şəhər stadionunda 22-24 may tarixlərində 2000 - 2008-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 055 511 39 65
Email: recruitment@gabalafc.az
Seçim tarixləri:
Qəbələ Şəhər Stadionu
22 may – 2000, 2001, 2002, 2003-cü il təvəllüdlü futbolçular
23 may – 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü futbolçular
24 may - Final seçimləri
Seçimlər saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. Seçim mərhələlərini uğurla adlayan yeniyetmələr 25-30 may tarixlərində "Qəbələ" Futbol Akademiyasında qalacaqlar və onlar haqda yekun qərar veriləcək. Yaşı daha yuxarı olan futbolçular üçün seçimlər növbəti mövsümün əvvəlində təşkil olunacaq və bu barədə öncədən məlumat veriləcək.

2443     
Reklam

Reklam