» » » Rövşən Rəcəbov Premyer Liqada debüt etdi

Rövşən Rəcəbov Premyer Liqada debüt etdi

Topaz Premyer Liqasının XXXIII turu
Premyer Liqanın XXXIII-cü turu bir əlamətdar hadisə ilə yadda qalıb.
 
Premyer.az bildirir ki, "Qarabağ”ın "Sumqayıt”la görüşünü (1:0) idarə edən Rövşən Rəcəbov da Premyer Liqada debüt edib.
 
Karyerasında ilk belə matça çıxan gənc ədalət təmsilçisi cari mövsüm çempionat oyunu idarə edən 11-ci hakimdir. Əvvəlki 32 turda yalnız 10 referiyə Topaz Premyer Liqasının matçı həvalə edilmişdi. 165 görüşdə Rəhim Həsənov hamıdan çox – 24 oyun idarə edib. Ömər Paşayev 21, Əliyar Ağayev 20, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 17, Orxan Məmmədov 16, Ramil Diniyev 14, Elvin Əsgərov 13, Rəvan Həmzəzadə 12, İnqilab Məmmədov 10, Rövşən Rəcəbov 1 matçın baş hakimi olub.
323     
Reklam

Reklam