» » » Əli Həsənli: "Bütün komanda yeni sezonla əlaqədar veriləcək qərarı səbirsizliklə gözləyir"

Əli Həsənli: "Bütün komanda yeni sezonla əlaqədar veriləcək qərarı səbirsizliklə gözləyir"

2015/16 sezonunda Birinci Divizionun qalibi olmuş "Neftçala" klubunun qolkiperi Əli Həsənli Premyer.az saytı ilə çempionluq sevincini bölüşüb:
 
"İlk öncə bütün komanda yoldaşlarımı, rəhbərliyi, məşqçi heyətini və bizə dəstək olan bütün insanları təbrik edirəm! İndi təbii ki hamımız sevincliyik, çox əziyyət çəkdik və bəhrəsini gördük. Amma bir şey də var ki, onu qeyd etmədən keçə bilmərəm: Premyer liqa arzumuz ürəyimizdə qalsa, bütün əldə etdiyimiz uğurlar və çəkdiyimiz əziyyət boşa getmiş olacaq. Hal-hazırda bütün komanda yeni sezonla əlaqədar veriləcək qərarı səbirsizliklə gözləyir."
 
Rauf İskəndərov/Premyer.az
664     
Reklam

Reklam