» » » İntizam Komitəsi qalma-qallı oyunla əlaqədar qərarlarını açıqladı

İntizam Komitəsi qalma-qallı oyunla əlaqədar qərarlarını açıqladı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qalma-qallı kubok oyunu ilə əlaqədar qərarlar qəbul edib. Premyer.az onları diqqətinizə çatdırır:

Azərbaycan Kubokunun 1/2 mərhələsinin "Neftçi” – "Qəbələ” matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
"Neftçi” – "Qəbələ” matçının 74-cü dəqiqəsində "Qəbələ” klubunun futbolçusu  Aleksey Qay  və oyunun 86-cı  dəqiqəsində "Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalandırılıb.
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
Oyunun 74-cü dəqiqəsində "Qəbələ” klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur  (maddə 19) .
Oyunun 86-cı dəqiqəsində "Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakimin epizodu düzgün qiymətləndirməməsi səbəbindən ləğv olunur  (maddə 19) .
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.
368     
Reklam

Reklam