» » » Ülvi İbazadə: ""Qəbələ"də oynadığım üçün çox xoşbəxtəm!"

Ülvi İbazadə: ""Qəbələ"də oynadığım üçün çox xoşbəxtəm!"

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışının bitməsinə 4 tur qalmış çempionluğu əldə edən "Qəbələ" komandasının aparıcı oyunçularından biri olan Ülvi İbazadə Premyer.az saytına XXXII turun "Neftçi” ilə oyunundan sonra (3:0) müsahibə verib:
 
- Ülvi, ilk öncə qələbə və çümpionluq münasibəti ilə səni və komandanızı təbrik edirəm. 
- Təşəkkür edirəm. Artıq ardıcıl olaraq 3 ildir ki Əvəzedicilərin çempionatında çempionluq sevincini yaşayıram. İki il "İnter"in tərkibində qızıl medal qazandım, bu il isə "Qəbələ"də qazanacam. 
 
- Çempionatın gedişi və son oyununuz haqqında nə deyə bilərsən?
- Çox ağır çempionat keçdi. Lider komandaya qarşı oyuna bütün komandalar yaxşı hazırlaşır.  "Neftçi" ilə son oyuna çox istəkli çıxmışdıq və qələbə qazanacağımız halda, çempionluğu indidən təmin edəcəyimizi bilirdik. Bu da bizim üçün bir stimul oldu. Əlimizdən gələni etdik və inamlı qələbə qazandıq!
 
- Son iki ildə "İnter"in tərkibində çempion olmusan. "Qəbələ"yə keçidindən peşiman deyilsən?
- Yox, əksinə, çox xoşbəxtəm. Burda hər şey yaxşıdır. Komanda üçün hər cür şərait yaradılıb. Bizə isə futbol oynamaq qalır.
 
- Əsas heyətdə oynamaq istəyin var?
- Təbii ki, bütün gənc futbolçular kimi, mən də əsas heyətdə qüvvəmi sınamaq istəyirəm. Bunun üçün illərnən əziyyət çəkmək lazımdır. İnşallah hamı kimi, mən də öz əziyyətimin bəhrəsini görərəm.
 
- Səncə əsas heyətdə oynamağa hazırsan?
- Hazır olub-olmamağıma məşqçilər qərar verir. Mən isə əlimdən gələni edirəm ki, daha da güclü olub, məşqçilərin diqqətini çəkim.
 
Rauf İskəndərov/Premyer.az
444     
Reklam

Reklam