» » » Baş katib Məşqçilər Komitəsi ilə görüşüb

Baş katib Məşqçilər Komitəsi ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.
 
Premyer.az bildirir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində  divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Topaz Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.
 
 
Görüşdə Azərbaycan U-15 yığmasına baş məqşçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.
288     
Reklam

Reklam