» » » AFFA İntizam Komitəsi futzal klublarını cəzalandırdı

AFFA İntizam Komitəsi futzal klublarını cəzalandırdı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Futzal çempionatındakı oyunlarla bağlı bəzi qərarlar qəbul edilib. Premyer.az onları diqqətinizə çatdırır:
 
10 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin  "Ulduz” – "Laçın” FK matçının 16 - cı dəqiqəsində "Laçın FK” klubunun məşqçisi Elsevər Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
 
 
15 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin İFFA  – "Yeni Günəşli” matçının 30-cu dəqiqəsində "Yeni Günəşli” klubunun 3 №-li futbolçusu Aleksandr Şarkon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
 
17 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin  "Olimpik Star”   – "Kəpəz” matçında "Kəpəz” klubunun iştirak etməməsinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
17 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin "Atletiko Baku”   – "Təbriz” matçının 22-ci dəqiqəsində "Təbriz” klubunun 10 №-li futbolçusu İlqar Qazıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
 
17 aprel 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin "R.R Club”   – "İTV” matçının 47-ci dəqiqəsində "R.R Club” klubunun 10 №-li futbolçusu Pərviz Mustafayev öz komanda yoldaşın  təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
304     
Reklam

Reklam