» » » Ruslan Qurbanovun cəzası ləğv edildi

Ruslan Qurbanovun cəzası ləğv edildi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Ruslan Qurbanovla əlaqədar "Neftçi" klubunun müraciətinə baxılmışdır.
 
Premyer.az İK-nin verdiyi qərarı diqqətinizə çatdırır:
16 aprel 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXX turunun "Neftçi” – "Qarabağ” matçında "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 "Neftçi” – "Qarabağ” matçının 23-cü dəqiqəsində "Neftçi” klubunun futbolçusu  Ruslan Qurbanov sarı vərəqə ilə cəzalanmışdır.
"Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirmişlər.
İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
Oyunun 23-cü dəqiqəsində "Neftçi” klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova Simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur  (maddə 19) .
396     
Reklam

Reklam