» » » Tələbələrin futzal üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib

Tələbələrin futzal üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyasının dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ilk dəfə təşkil edilən futzal üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib. 
Premyer.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
TFF-nın prezidenti Firudin Qurbanov və BDU-nin rektoru Abel Məhərrəmov ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyevə kubok və diplom təqdim ediblər.
Açılış mərasimi başa çatdıqdan sonra birinciliyin ilk oyunu keçirilib. ADBTİA və BDU arasında keçirilən oyunda topa ilk toxunuşu futbol və futzal üzrə Azərbaycan milli komandalarının kapitanı - Rəşad Sadıqov və Rizvan Fərzəliyev ediblər. Oyun isə 5:5 hesabı ilə başa çatıb.
504     
Reklam

Reklam