» » » "Neftçi"nin 5 futbolçusu yığma komandada

"Neftçi"nin 5 futbolçusu yığma komandada

May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.
 
Premyer.az bildirir ki, aprelin 12-13-də paytaxtımızda baş tutacaq hazırlıq prosesinə "Neftçi” PFK-nın 5 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar.

Qeyd edək ki, U-17 milli komandamızın kapitanı Elçin Əsədov hazırda zədəli olduğu üçün təlim-məşq toplanışına dəvət olunmayıb.
291     
Reklam

Reklam