» » » İntizam Komitəsinin iclası keçirildi

İntizam Komitəsinin iclası keçirildi

Premyer.az İntizam Komitəsinin bugünkü iclasında qəbul etdiyi qərarları diqqətinizə çatdırır:
 
 
Əvəzedici heyətlərin XXIX turunun "Sumqayıt” – "Qəbələ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
Əvəzedici heyətlərin XXIX turunun "İnter” – AZAL matçının 13-cü dəqiqəsində "İnter” klubunun 97 №-li futbolçusu Fərid Abbaslı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Rüstəm Rüstəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXIX turunun "Rəvan” – "Zirə” matçının 76-cı dəqiqəsində "Rəvan” klubunun 9 №-li futbolçusu Nuran Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun XXI turunun "Zaqatala” – "Şərurspor” matçının 45+2-ci dəqiqəsində "Şərurspor” klubunun 94 №-li futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
I Divizionun XXI turunun "Ağsu” – "Bakılı”  matçının 76-cı dəqiqəsində "Ağsu” klubunun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
I Divizionun XXI turunun "Şəmkir” – "Neftçala” matçında "Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
Oyunun 74-cü dəqiqəsində "Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52).
Oyun başa çatdıqdan sonra "Şəmkir” klubunun 20 №-li futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra "Şəmkir” klubunun həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
"Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmuşdur. Lakin  "Şəmkir” – "Neftçala” oyununun 68-ci dəqiqəsində "Şəmkir” klubunun cəzalı olan baş məşqiçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirmişdir. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunur. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.
208