» » » Adil Şükürov: " Üzərində işlədiyimiz hər şeyi həyata keçirdik"

Adil Şükürov: " Üzərində işlədiyimiz hər şeyi həyata keçirdik"

Premyer liqanın XXIX-cu turunda səfərdə "Rəvan" üzərində 4:0 hesabı ilə qələbə qazanın "Zirə" klubunun baş məşqçisi Adil Şükürov oyun haqqında öz fikirlərini bildirib.
 
Premyer.az Şükürovun dediklərini diqqətinizə çatdırır:
 
"İlk növbədə, dövlətimizə başsağlığı verirəm. Şəhidlər vermişik. Azarkeşlərimiz də bu gün şəhidlərimizi yad etdilər. Biz də Vətənin əsgərləriyik, arxa cəbhədə vuruşuruq. Bizim də işimiz burdadır. Futbolçularımız tapşırıqlarımızı tam yerinə yetirdilər. Həftə ərzində üzərində işlədiyimiz hər şeyi həyata keçirə bildik. Bunun nəticəsində qələbə qazandıq. Amma yenə çatışmazlıqlarımız var. Onları növbəti oyunlarda aradan qaldırmağa çalışacağıq”.
 
416     
Reklam

Reklam